Главная > GÜNDƏM > Prezident qızı yazdı: “Hamımız öləcəyik...” - Foto

Prezident qızı yazdı: “Hamımız öləcəyik...” - Foto


3-09-2016, 01:01.


Özbəkistan Prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillyayeva atasının ölümündən yazıb.

 

Axar.az xəbər verir ki, Lola Kərimova rəsmi İnstaqram səhifəsində qeyd edib: "O, aramızdan getdi... Söz tapmıram və özüm də buna inanmıram”.

 

Daha sonra özbəkcə, "Əlbəttə, biz Allahdan gəlmişik və Ona qayıdacağıq. Allah rəhmət eləsin” qeydini verib.

 

Lola Kərimovanın bu statusuna minlərlə şərh gəlib.

 

Xatırladaq ki, 27 avqustda beyin insultu ilə xəstəxanaya yerləşdirilən 79 yaşlı İslam Kərimovun ölümü barədə ilk xəbər 29 avqustda yayılsa da, 2 sentyabrda rəsmən təsdiqləndi.

 

İ.Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn ediləcək. Dəfn komissiyasına Baş nazir Şövkət Mirziyayev rəhbərlik edir.

 

Özbəkistanda 3 günlük matəm elan olunacağı barədə də rəsmi məlumat verilib.


Вернуться назад