Главная > GÜNDƏM > Fətullah Gülənin “qara qutusu” həbs edildi

Fətullah Gülənin “qara qutusu” həbs edildi


3-09-2016, 00:28.

Türkiyədə FETÖ şəbəkəsinin qiyam cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan "Zaman” qəzetinin keçmiş imtiyaz sahibi Ələddin Qaya həbs edilib.

 

Axar.az xəbər verir ki, Fətullah Gülənin "qara qutusu” adlandırılan Qaya Ankara Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında saxlanılmışdı.

 

Məlumata görə, aparılan araşdırmalar nəticəsində keçmiş imtiyaz sahibinin təqsiri sübuta yetirilərək, Ankara Ədliyyəsinə göndərilib.

 

Daha sonra Sülh Cəza Hakimliyinə aparılan Ələddin Qaya və daha 19 şübhəli şəxs həbs edilib.

 

Qeyd edək ki, Gülənin "qara qutusu” 20 avqustda Balıkəsir vilayətində saxlanılmışdı.


Вернуться назад