Главная > Ümumi > Avropa İttifaqının səfiri Arif Hacılı ilə görüşdü

Avropa İttifaqının səfiri Arif Hacılı ilə görüşdü


31-08-2016, 13:21.

Avropa İttifaqının səfiri Arif Hacılı ilə görüşdü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb. Aİ-nin Bakıdakı nümayəndəliyində baş tutan görüşdə Müsavat başqanının müavini Gülağa Aslanlı da iştirak edib. 

Müsavatın mətbuat xidmətindən "Basta”ya daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ məsələsi, sentyabrın 26-na təyin olunan referendumun mahiyyəti və mümkün nəticələri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Görüşdə həmçinin Azərbaycan həyata keçirilən repressiyalar, məhkəmə prosesləri, imzatoplama prosesində Müsavat Partiyasının üzvlərinə qarşı təzyiqlər, "Respublika” təşviqat qrupunun referenduma buraxılmaması, söz və mətbuat azadlığının indiki durumu, ölkədəki sosial-iqtisadi vəziyyət, dünyada və regionda baş verən hadisələr müzakirə olunub.

Qeyd edək ki, son bir həftə ərzində Müsavat başqanı Arıf Hacılı ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfərləri ilə də görüşüb.


Вернуться назад