Главная > Təhsil > Məktəbə getmək neçəyə başa gəlir? — QİYMƏTLƏR
Məktəbə getmək neçəyə başa gəlir? — QİYMƏTLƏR30-08-2016, 22:57. |
Yeni tədris ilinə sayılı günlər qalır. Məktəbyaşlı uşaqları olan ailələrdə bu günlərdə əsas mövzu sentyabrın 15-nə hazırlıqdır. Kimi məktəbli formaları almaq üçün mağazalara üz tutarkən, kimi də digər ləvazimatların qiyməti ilə maraqlanır. Çanta: Hazırda məktəbli ləvazimatları mağazalarında çantalar 20 manatdan başlayır. Ancaq bu çantaları yaxından incələyənlər onu almaq fikrindən elə oradaca imtina edir. Nisbətən davamlı və uzunömürlü təəssüratı yaradan çantalar isə 30-40 manatdan başlayır. Əlbəttə, 100 manata və daha bahalı çantalar tapa biləcəyiniz istisna olunmur. Dəftər: Digər məhsullarda olduğu kimi dəftərlərdə də yerli və xarici məhsullarda fərq var. Bu mənada dəftərlərin ölçüsü, səhifələrin sayı və vərəqin keyfiyyətindəki fərqi gözlə görmək mümkündür. Məsələn, 24 vərəqli Rusiya istehsalı dəftər nisbətən enlidir və vərəqləri daha qalındır, qiyməti 50 qəpikdir. Yerli məhsullarda isə 20 vərəqli dəftərlərin eni nisbətən balaca, vərəqin qalınlığı da fərqlidir, qiyməti 25-30 qəpikdir. Yerli 12 vərəqli dəftər 15-20 qəpik, 40 vərəqli dəftər 40-50 qəpik, 60 vərəqli dəftər 60, 100 vərəqli dəftər 90 qəpik 1 manatdır. Xaricdən gətirilən dəftərlər isə bundan 20-30 qəpik bahadır. Ümumiyyətlə, satıcılar bütün məhsullarda bu il azı 20 qəpik fərq olduğunu deyirlər. Nisbətən bahalı məhsullarda fərq daha çoxdur. Xatırladaq ki, ötən il 12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər 20, 60 vərəqli 40, 100 vərəqli 60 qəpik idi. Qələm 20 qəpikdən 1 manatadək, yazı lövhəsinin qiyməti 25 manatdan 150 manata qədərdir. Penallar 3-9 manat arası dəyişir. Ən ucuz sirkul 1.5 manatdır. Su qabları 8-10 manatdan başlayır, xətkeş 80 qəpikdən 4 manatadək, qayçı 80 qəpikdən 2 manata qədərdir. Pozan 20 qəpik 1 manat arası, plastilin qiyməti 1.2 manatdan 10 manatadək dəyişir, şəkil albomu 2 manat, karandaş dəstləri 3 manatdan başlayır. Yapışqan 30 qəpikdən başlayır 3 manata qədərdir, qələm yonanların qiyməti 30 qəpiklə 2 manat arasında dəyişir. Dəftər üzləri 20-30 qəpikdirsə, kitablar üçün üzlüklər 80 qəpikdən başlayır. Вернуться назад |