Главная > Problem > Bərdədən Bakıya 5 ton ölmüş heyvan əti gətirildi və…

Bərdədən Bakıya 5 ton ölmüş heyvan əti gətirildi və…


2-12-2015, 16:47.

 

Respublika baytarlıq laboratoriyasında yoxlanması üçün 5 ton ətdən götürülən nümunələrin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBHX) rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov götürülən nümunələrin nəticəsində 5 ton ətin 90 faizinin ölmüş heyvanlara məxsus olduğu məlum olub.


O bildirib ki, 5 ton ətdə bakterioloji çirklənmə də həddən artıq çox olub: "Ona görə də 5 ton ət zooparka göndərilməyəcək. Artıq qərar hazırlanıb. Həmin 5 ton ət məhv ediləcək”.

A. Süleymanov qeyd edib ki, yerdə qalan 20 ton heyvan cəmdəklərindən götürülən nümunələrin nəticələri sabah məlum olacaq.

Qeyd edək ki, Bərdə şəhərində 20 tondan çox, Bakının Qaradağ rayonu ərazisində saxlanılan, Bərdədən gələn avtomaşının içərisində 5 ton ət aşkar edilib.


Вернуться назад