Главная > Kriminal > Şəkidə 18 yaşlı oğlan özünü asıb

Şəkidə 18 yaşlı oğlan özünü asıb


29-08-2016, 09:04.

 
Şəkidə 18 yaşlı oğlan tövlədə özünü asıb.
 
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 06:30 radələrində rayonun Oxut kəndində, kənd sakini 1998-ci il təvəllüdlü Samran Vüqar oğlu Süleymanzadənin meyitini valideynləri tapıblar. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Вернуться назад