Главная > Problem > “Sevimli dad”da dəhşətli biabırçılıq – Foto

“Sevimli dad”da dəhşətli biabırçılıq – Foto


2-12-2015, 16:35.
 
"Sevimli dad” şirkəti uşaq sosiskalarının üzərinə rüsvayçı loqo yerləşdirib.

 

VİZUAL.az xəbər verir ki, Turan Hüseynov adlı "Facebook” istifadəçisi şirkətin biabırçı əməlini sübut edən foto paylaşıb. Şəkildən görünür ki, sosiska məhsullarının üz qabığında iki ağzıaçıq qız uşağı balaca oğlanın cinsi orqanı yerinə qoyulmuş sosiskaya heyranlıqla baxır.

Heç bir etik çərçivəyə sığmayan bu reklam "üslubu” etirazla qarşılanıb. Şirkətin bu addımı pislənib. Biabırçı reklamlar vasitəsi ilə müştəri toplamağa çalışan şirkət qalmaqalla gündəmə gəlib. Uşaqların tərbiyəsinə ciddi təsir edən belə faktlar şirkətin PR siyasətinin əsasını təşkil edir.
 
T.Hüseynov qeyd edib ki, insanların alt şüuruna müxtəlif yollarla təsir edilir: "Belə bir çirkin və əxlaqsız şəkili "Sevimli dad” şirkəti uşaqlar üçün hazırlanan sosiskalarin qabığında dərc edir. Təsvirdə iki ağzıaçıq qız oğlanın "sosiska”sına heyranlıqla baxır. Bu təsviri görən uşaqlar bir neçə dəqiqə sonra bu sosiskaları yeyəcəklər. Yazını utanaraq yazdım və hamıdan üzr istəyirəm. Amma bu acı reallığa çox ciddi reaksiya verilməlidir”.

 



Вернуться назад