Главная > Dünya > Sinan Oğan: “Rusları boğazda sıraya düzərik”

Sinan Oğan: “Rusları boğazda sıraya düzərik”


2-12-2015, 12:29.

 

Su-24 bombardımançısı Rusiya sərhədlərində yox, Türkiyənin hava məkanında vuruldu.

 

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərakat Partiyasının (MHP) sədrliyinə namizəd, əslən azərbaycanlı Sinan Oğan deyib.

 

O, Türkiyə ilə Rusiya arasında baş verən "qırıcı qalmaqalı”na münasibət bildirib:

 

"Su-24 bombardımançısı Rusiya sərhədlərində yox, Türkiyənin hava məkanında vuruldu. Hər iki tərəfin bir-birinə qarşı istifadə edə biləcəyi çox güclü kozırları var. "Montre müqaviləsi”ndən (1936) irəli gələn bəzi haqlarımız var. Rusiyanın gəmiləri həm Bosfor, həm də Dardanel boğazı üçün təhlükə kəsb edir. O gəmilər boğazlarımızı çirkləndirir, bəlkə də silah daşıyır. Bunların araşdırılması lazımdır. Türkiyə istəsə, o gəmiləri boğazda sıraya düzər və ticarət gəmiləri də daxil olmaqla, hər biri ciddi şəkildə yoxlanılar. Onlar da bir ölkənin sərhədlərində gözləməyin nə olduğunu anlayarlar”.(axar.az)

 

ULUYOL.İNFO


Вернуться назад