Главная > Problem > Ankarada şiddətli yağış - Avtomobillər su altında

Ankarada şiddətli yağış - Avtomobillər su altında


28-08-2016, 01:35.

 

Ankarada axşam saatlarından başlayan güclü yağış paytaxt sakinlərinə çətin anlar yaşadıb.

 

Axar.az xəbər verir ki, güclü yağış prospekt və küçələrdə su yığınlarının əmələ gəlməsinə, bəzi yolların və yeraltı keçidlərin isə su altında qalmasına səbəb olub. Şəhərin müxtəlif yerlərində bəzi ev və iş yerlərini də su basıb.

 

Leysan yağışları səbəbindən bır sıra yollarda avtomobil nəqliyyatında sıxlıq yaranıb. Hazırda güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ciddi iş aparılır.


Вернуться назад