Главная > Mənəviyyat > Misirdən fələstinlilərə jest

Misirdən fələstinlilərə jest


28-08-2016, 03:24.
Misirdən fələstinlilərə jest
 
Misir hökuməti Rəfah sərhəd-keçid məntəqəsini Qəzza bölgəsindən olan fələstinli zəvvarlar üçün 3 gün müddətində açıq saxlayacağını bildirib.
 
Axar.az xəbər verir ki, hər iki tərəf artıq bununla bağlı hazırlıq prosesləri başa çatdırmaq üzrədir.
 
Məlumata görə, bu il 2 min 8 fələstinli zəvvarın müqəddəs torpaqları ziyarət etməsi gözlənilir.
 
Qeyd edək ki, İsrail tərəfindən blokada şəraitində saxlanılan Qəzza bölgəsinin xaricə yeganə çıxış yolu Rəfah keçid məntəqəsidir.

Вернуться назад