Главная > GÜNDƏM > İstanbulda Əli Bəy Hüseynzadə anıldı

İstanbulda Əli Bəy Hüseynzadə anıldı


2-12-2015, 12:16.
İstanbulda Əli Bəy Hüseynzadə anıldı
 
Turan Məfkurəsinin banisi Əli Bəy Hüseynzadənin doğulduğu Salyan torpağı uyuduğu Karaca Ahmet məzarlığına təslim edildi. Böyük düşünür ziyarət edildikdən sonra məzar başında çıxışlar edilib. 

Giriş sözü ilə Ümid Partiyasının və Borçalı Cəmiyyətinin sədr müavini Rüfət Muradlı çıxış edərək bu ziyarətin sentyabr ayının 14-də Salyanda Əli Bəy Hüseynzadənin abidəsi yanında keçirilən aksiyanın davamı olduğunu bildirdikdən  və bu ziyarətin bir vəfa borcu olmasını ifadə etdikdən sonra sözü İstanbula Azərbaycan Kültür Evinin başqanı Hikmet Elpə vermişdir. 

Əli Bəy Hüseynzadə irsinin əbədiləşdirilməsi haqda görüləcək işlər haqda danışan Hikmət Elpin çıxışından sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Türkçülük məfkurəsi haqda geniş nitq söyləmişdir. Nəhayət ziyarət iştirakçıları tərəfindən Salyan torpağının əmanətin sahibinə çatdırılması mərasimi gerçəkləşdirilmişdir. Salyandan gətirilən torpaq ziyarətçilər arasında bölünərək məzara tapşırıldıqdan sonra Əli Bəy Hüseynzadə şəxsiyyəti haqda çıxışlar davam etmişdir. 

Çıxış edənlər Qars Sərhəd boyları Dərnəyinin sədri Muhərrəm Yıldız, El ağsaqqalı Osman Əhmədoğlu, İstanbul Terekeme Karapapaq Dərnəyi başqanı Engin Aybirdi, folklorşünas alim Elxan Məmmədli , Qars Qarapapaq Dərnəyinin sədri İmran Akbaba, Gürcüstanda Azərbaycan Yazıçılar birliyinin sədri Rafiq Hümmət, Türk Ocaqları təmsilçisi Celal Öcal, tarix elməli doktoru Kərəm Məmmədli, yazıçı-publisist Qiymət Məhərrəmli, Turan Teatrının təsisçisi Kəmalə Nəbibəyova Əli Bəy Hüseynzadə şəxsiyyəti, Turan məfkurəsinin önəmi haqda fikirlərini bölüşdükdən sonra milli dəyərlərimizin qorunması vacibliyinə israrlar təkid etmişlər. 





 
ULUYOL.İNFO

Вернуться назад