Главная > Dünya > Suriyada kim kimə qarşı vuruşur? - DETALLI QRAFİK

Suriyada kim kimə qarşı vuruşur? - DETALLI QRAFİK


27-08-2016, 14:41.
 
Amerikanın nüfuzlu media quruluşu olan CNN, Türkiyənin "Fərat Qalxanı” hərəkatıyla Suriya ərazisində əməliyyata başlamasından dərhal sonra mövzu ilə əlaqədar əhatəli bir icmal hazırlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, CNN həmin materialda Suriyadakı hazırkı durumu "Türkiyə bunu niyə indi edir”, "Türkiyə nəyə nail olmaq istəyir”, "Türkiyə koalisiya ortaqlarıyla nə qədər əməkdaşlıq edir”, "Türklər daha da irəli gedəcəklərmi” və "Ölkə daxilindəki etirazlar” başlıqlarıyla maddə-maddə Amerika və dünya ictimaiyyətinə açıqlayıb.

 

"Tim Lister” imzalı analizdə yer alan "Suriyada kimlər savaşır” başlıqlı bölümdə diqqət çəkən bir qrafik yerləşdirilib. Qrafikdə Suriyada döyüşən və müttəfiq olan güclərin qarşılıqlı münasibətləri detallı şəkildə təsvir edilib.

 

Həmin qrafiki təqdim edirik.

 

(Qrafikdə göy xətlərlə əməkdaşlıq, narıncı xətlərlə qarşıdurma münasibətləri işarələnib)


 

Uluyol.info



Вернуться назад