Главная > Ümumi > FETÖ-çu vəkillərin imamı tutuldu

FETÖ-çu vəkillərin imamı tutuldu


27-08-2016, 22:38.
FETÖ-çu vəkillərin imamı tutuldu
 
Türkiyədə FETÖ şəbəkəsinin hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində gülənçi vəkillərin imamı hesab edilən Məhməd Yusif Burak həbs edilib.
 
Axar.az xəbər verir ki, Burakla yanaşı həbs edilən daha 11 vəkil də Sülh Cəza Məhkəməsinə göndərilib.
 
Aparılan sənədləşmə prosesindən sonra isə sözügedən şəxslərin İstanbul Ədalət Sarayına aparıldığı bildirilib.
 
Bundan əlavə, vəkillərdən biri Əli Yaşar Özkanın ofisinə baxış keçirilən zaman  1 dollarlıq əskinasların tapıldığı da məlum olub.

Вернуться назад