Главная > Aktual > Ermənistan casusları deşifrə edildi - Foto

Ermənistan casusları deşifrə edildi - Foto


27-08-2016, 21:42.

 

Anti-Armenia Team haker qrupu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasına müdaxilə edərək böyük həcmdə məxfi informasiya ələ keçirdiyini bildirir.

Haker qrupu informasiyaların bir qismini sosial şəbəkələrdəki hesabından yayıb. Bunların arasında Ermənistan xüsusi xidmət orqanlarının Türkiyədəki agentlərinin pasport məlumatları da yer alır.

Casuslardan biri Hazal l.-nın Türkiyənin nüfuzlu universitetlərindən birində oxuduğu və Ermənistan kəşfiyyatına Türkiyədə baş verənlər haqda informasiyalar ötürdüyü bildirilir. Habelə Ermənistana işləyən casusların kürd partiyası HDP-nin mitinqlərində çəkilmiş fotoları da Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasından çıxıb. Hakerlər Ermənistan kəşfiyyatının Türkiyədəki onlarla agentinin barəsində məlumatları ələ keçirdiyini bildirir.(virtualaz.org)


Вернуться назад