Главная > Ölkə > MSK Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə almayıb

MSK Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə almayıb


27-08-2016, 13:36.
MSK Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə almayıb
 
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşviqat qrupunun müraciətinə baxılıb.

"Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, MSK bununla bağlı araşdırma aparıb: "Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir”. 

Müzakirələrin yekununda "Respublika" təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.

Qeyd edək ki, "Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasında "D18” Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.


Вернуться назад