Главная > Ümumi > Şotlandiyada qadın polislərə hicab bağlamağa icazə verildi

Şotlandiyada qadın polislərə hicab bağlamağa icazə verildi


26-08-2016, 21:47.
Şotlandiyada qadın polislərə hicab bağlamağa icazə verildi
 
Şotlandiya polisində dini etiqadı islam olan polis qadınlar üçün hicab hüquq-mühafizəçisinin uniformasının rəsmi icazə verilmiş elementi oldu. 

Oxu.Az xəbər verir ki, bu barədə "The Independent” qəzeti məlumat yayıb. 

Belə qərarın məqsədi bu ixtisası müsəlman qadınlar üçün maraqlı etmək və yeni kadrlar cəlb etməkdir. 

Daha öncə hicab bağlamaq üçün polis qadınlar yüksək rütbəli zabitdən xüsusi icazə almalı idilər. 

Hakimiyyətin bu yanaşması Şotlandiyanın müsəlman polisləri tərəfindən müsbət qarşılanıb. 

Вернуться назад