Главная > Kriminal > Faiq Əmirli apellyasiya şikayəti verdi

Faiq Əmirli apellyasiya şikayəti verdi


26-08-2016, 10:19.

faiq-amirli

AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, avqustun 22-də Nəsimi Rayon Məhkəməsində F.Əmirli barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda istintaq orqanının verdiyi təqdimat təmin edilib, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Вернуться назад