Главная > Kriminal > Jurnalist Ali Məhkəməyə kasasiya şikayəti verdi

Jurnalist Ali Məhkəməyə kasasiya şikayəti verdi


24-08-2016, 16:38.
Jurnalist Ali Məhkəməyə kasasiya şikayəti verdi
 
Cenubnews.com xəbər portalının redaktoru Mirələm Həşimov Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun iddiası əsasında rayon məhkəməsinin ona qarşı çıxardığı qətnamədən Ali Məhkəməyə şikayət verib.

Musavat.com portala istinadən xatırladır ki, iddia üzrə mülki işə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən 26 may 2016-cı il tarixində yeni qətnamə qəbul edilib. Həmin qətnamə ilə Masallı Rayon Məhkəməsinin 1 dekabr 2015-ci il tarixli qətnaməsində əksini tapmış mənəvi ziyana görə 2000 manat kompensasiya 500 manata endirilib. Qətnamənin qalan hissədə qüvvədə saxlanılıb. 

Xatırladaq ki, icra başçısı Mirələm Həşimova qarşı Masallı Rayon Məhkəməsində iddia verərək cenubnews.com xəbər portalında dərc edilmiş "Masallı park bulvarını sel apardı”, "Masallıda ağaclar kəsilir” və muxalifet.az internet saytına istinadən dərc edilmiş "İşıq pulunu ödəyə bilmirsən get özünü öldür” yazılarına görə təkzib verilməsini və dəymiş mənəvi ziyana görə 5000 manat kompensasiya ödənilməsini tələb etmişdi. Rayon məhkəməsi həmin iddia qismən təmin edərək, qeyd olunan yazılara görə təkzib verilməsi və vurulmuş mənəvi ziyana görə 2000 manat kompensasiya ödəmək öhdəliyini M.Həşimovun üzərinə qoymuşdu.

Вернуться назад