Главная > Siyasət > ABŞ səfiri Əli Kərimli ilə görüşdü

ABŞ səfiri Əli Kərimli ilə görüşdü


24-08-2016, 11:28.
ABŞ səfiri Əli Kərimli ilə görüşdü
 
Avqustun 23-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta AXCP lideri Əli Kərimli ilə görüşüb.

Görüşdə səfirin müavini Vilyam Gill, siyasi şöbənin müdiri Ziya Saed və siyasi müşavir Süzan Çelsi iştirak ediblər.

AXCP mətbuat xidmətinin məlumatına görə, söhbətin mövzusu ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 26-da keçiriləcək referendum və Konstitusiyaya düzəlişlər, siyasi məhbusların taleyi olub.

Əsasən vətəndaş və siyasi fəallara qarşı növbəti repressiya dalğası, həbsdə olanlara işgəncələrin verilməsi və digər pozuntulara toxunulub.

Son vaxtlara qədər AXCP-nin 9 üzvü siyasi məhbus olub. Onların arasında partiya sədrinin müavini də var.

Son 10 gündə hakimiyyət  AXCP lideri Əli Kərimliyə və partiya funksionerlərinə qarşı açıq hücuma keçib. 

Gülənçilərə qarşı mübarizə saxta kampaniyası altında repressiyalar həyata keçirir, özünə sərf etməyən şəxsləri həbs edir. 

Nəticədə AXCP-nin həbsdə olan üzvlərinin sayı 14 nəfərə çatıb.

Bütün bu məsələlər Ə.Kərimlinin amerikalı diplomatlara görüşü zamanı müzakirə edilib.///contact.az

Вернуться назад