Главная > GÜNDƏM > ''Baltik ölkələrini Rusiya təcavüzündən qorumaqda qərarlıyıq'' - Co Bayden

''Baltik ölkələrini Rusiya təcavüzündən qorumaqda qərarlıyıq'' - Co Bayden


24-08-2016, 11:57.
''Baltik ölkələrini Rusiya təcavüzündən qorumaqda qərarlıyıq'' - Co Bayden
 
ABŞ vitse-prezidenti Co Bayden deyib ki,  ABŞ-ın Latviya, Litva, Estoniya şəhərlərini Rusiya təcavüzündən qorumaqda qərarlıdır.

Avropa.info xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb. Baydenin sözlərinə görə, Donald Trampın Baltik ölkələri ilə bağlı açıqlamaları onu deməyə əsas verir ki, o, prezident seçiləcəyi təqdirdə bu ölkələrə verəcəyi dəstəyi dayandıracaq.

"Biz nə dediyimizin fərqindəyik. Biz heç vaxt üzərimizə məsuliyyət götürməkdən imtina etməmişik” – Bayden belə deyib.

Daha əvvəl ABŞ vitse-prezidenti bəyan etmişdi ki, ölkəsi Krımın Rusiya tərəfindən ilhaqını tanımır. 

Вернуться назад