Главная > Region > Sumqayıtda Müqayis Verdiyev fəhlələri ayağa qaldırdı - AKSİYA

Sumqayıtda Müqayis Verdiyev fəhlələri ayağa qaldırdı - AKSİYA


23-08-2016, 16:49.

image here
 
 
 
 
Sumqayıtda fəhlələr aksiyaya qərar verib. Yüzlərlə fəhlənin haqqın yeyən «Fəqan-Xidmət» MMC-nin rəhbəri Müqayis Verdiyevə qarşı Sumqayıtda etiraz aksiyası başlayıb. Bu barədə Xalqxeber.Az-a aksiya iştirakçılarından biri xəbər verib. İddiaya görə, aylardı pullarını ala biməyən fəhlələr Sumqayıt icra hakimiyyətinin qarşısına toplaşaraq pullarını tələb edir. Bir neçə gündür aradan çıxan Müqayis Verdiyev nəhayət ki, ortaya çıxaraq bu gün fəhlələrin pulunu verəcəyini deyib. Amma buna baxmayaraq günəmuzd işləyən fəhlələr aksiyanı dayandırmayıblar. Hal-hazırda yüzlərlə fəhlə və usta Sumqayıt İcra Hakimiyyətinin qarşısında icra başçısının onlarla görüşməyini tələb edirlər. Fəhlələrin keçirdiyi aksiyanı dayandırılması üçün polis qüvvələri hadisə yerinə yeridilib.

Yaxın saatlada da geniş məlumat verməyə çalışacağıq...

Onuda qeyd edək ki, vaxtı ilə İmişli və Goranboy rayonlarında tikinti-abadlıq işlərini öz üzərinə götürən Müqayis Verdiyev ona dövlət tərəfindən ayrılmış pulu vaxtında almasına baxmayaraq fəhlələri aksiyaya məcbur etmişdi. Fəhlələrin haqqını yeyən Müqayis Verdiyev pulları mənimsəməkdən ötrü bir neçə şəxslərlə əlbir olaraq, təmir-tikinti üçün ayrılmış vəsaitə sahib çıxmışdı. Elə bu səbəbdən də onun həbsinə qərar verilmişdi.

P.S. Son dəqiqə redaksiyamıza məlumat verən fəhlələr qeyd edirlər ki, Müqayis Verdiyev məsələnin PA-ya çatmasının qarşısını almaq məqsədi ilə aksiya iştirakçılarına 100-200 manat pul paylayaraq bizi susdurmağa çalışıb. Lakin aksiya iştirakçıları bununla razılaşmayıb, pullarının tam şəkildə ödənilməsini tələb ediblər. Sonda Müqayis Verdiyevə bildirilib ki, əgər sabah saat 11-12 radələrinə qədər pulları tam şəkildə ödənilməzsə icra hakimiyyətinin qarşısından Prezident Administrasiyasına yürüş edəcəklər. (Xalqxeber)


Вернуться назад