Главная > Mənəviyyat > Leyla Yunusdan Taleh Bağırzadəyə məktub

Leyla Yunusdan Taleh Bağırzadəyə məktub


23-08-2016, 12:06.

leyla_yunus_web

Əziz Taleh!

Nəhayət, sizə yaza bilirəm və bütün bu vaxt ərzində sizin, yoldaşlarınızın səhhəti üçün narahat olduğumu söyləyə bilirəm.

Bağışlayın ki, uzun müddət yaza bilmədim. Öncə hospital, sonra da az qalmışdılar sıradan çıxarsınlar. Ancaq mənim kimi veterenları sıradan çıxarmaq asan deyil. Sizin məruz qaldığınız işgəncələr barədə oxumaq belə qorxulu və dəhşətlidir.

Mən həmişə hesab etmişəm ki, insanlar müsəlman, xristian, yəhidi, ateistlərə bölünmür, millətlər azərbaycanlı, rus, alman, erməniyə bölünmür…Var insanlar və insan olmayan pislər. Əgər biz bir-birimizi dəstəkləməsək, insan olmayanlar bizi məhv edər. Bakıda gündəlik həbslər barədə oxuyarkən aydın başa düşürsən ki, məhz insanların bir olmaması pisliklərə yol açır.

Əziz Taleh,

Yaxın günlərdə "Uran” əməliyyatına başlayıram, 1942-ci il noyabrın 19-da başlanmış əməliyyata (İkinci Dünya Müharibəsinin tarixini tap və 1939-1945-ci illərdə baş vermiş hərbi əməliyyatlar haqda diqqətlə oxu). Bağışla ki, nə etmək fikrində olduğumu başqa cür izah etmək imkanlarım yoxdur.

Taleh, siz çox güclü və cəsur insansınız. Sizin kimi insanlar öz xalqlarının tarixində şərəf və igidlik idealları kimi qalır..

Möhkəm olun.

Sizin Leyla Yunus



Вернуться назад