Главная > GÜNDƏM > Milli Məclis önündə aksiya keçirilməsi qərarı verildi-ÖZƏL

Milli Məclis önündə aksiya keçirilməsi qərarı verildi-ÖZƏL


1-12-2015, 19:07.
Yeni deputat Rәsulzadәni vәtәn xaini adlandırdı -şok
 
Gəncədən yeni seçilən 32 yaşlı Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadə barəsində "Yeni Müsavat"qəzetinə müsahibəsində xoşagəlməz ifadələr işlətmişdir.
Bununla bağlı Müsavat Partiyası yetkilləri,Millət vəkili Fazil Mustafa və onlarla ziyalı öz etirazın bildirmişdir.

 Millət vəkilinin xoşagəlməz sözlərinə görə artıq sosial şəbəkələrdə 9 dekabr 14:00-da Milli Məclisin önündə aksiya keçirilməsi ilə bağlı qərarı verilib.Aksiyanın təşkilatçısı  Ağaşirin Tanrıverdioğludur. 

 ULUYOL.İNFO xəbər portalı olaraq Ağaşirin Tanrıverdioğlu ilə  əlaqə saxladıq və bunları qeyd etdi:" Bəli ,biz bu gün Məmməd Rəsulzadəyə sahib çıxmalıyıq,dünənin uşağı,savadsız ,hansı yolla deputat seçilib Allah bilir ,indi də gəlib bu millətə,xalqa ilk dəfə demokratiyanın nə olduğun yaşadan Rəsulzadəyə qarşı xoşagəlməz sözlər işlədir.Mən bütün Rəsulzadə sevərlərin,davamçıların aksiyamıza dəstək olmağa çağırıram.Aksiyaya 24 saat qalmışa qədər biz gözləyəcik,əgər Nafiq Həmzəyev Xalqdan işlətdiyi sözlərə görə üzr istəməsə aksiyamızı keçirəcik və əsas tələbimizdə mandatının əlindən alınması olacaq"deyə bildirib.

Gənc fəal Dəyanət Babayev "facebook"sosial şəbəkəsində"Bu cür insana meydanda öz sözümüzü deməliyik,hamını aksiya günü meydanda gözləyirik və deputatın mandatının ləğv olunması üçün fəal iştirakımız vacibdir" deyə bildirmişdir.
 
 
SADAY FƏRƏCOV
ULUYOL.İNFO

Вернуться назад