Главная > Maraqlı > "Whatsapp"dan 'iPhone'lar üçün xüsusi yenilik

"Whatsapp"dan 'iPhone'lar üçün xüsusi yenilik


19-08-2016, 19:33.
'Whatsapp'dan 'iPhone'lar üçün xüsusi yenilik
 
"WhatsApp”ın tətbiq edəcəyi növbəti yenilik "Siri” ilə əlaqəli olacaq.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, artıq "Siri”nin köməyi ilə "WhatsApp”dan da səsli mesajlar göndərmək mümkün olacaq.

Məsələn, "Hey Siri "WhatsApp”dan "x”ə zəng et” dedikdə, "Siri” sizin "WhatsApp”dakı "x” kontaktınıza zəng edərək əmrinizi yerinə yetirəcək.

Eyni qayda ilə, "Hey Siri, mən gecikəcəm, "x”-ə mesaj göndər” əmri ilə "WhatsApp” tətbiqini açmadan birbaşa mesaj göndərə biləcəksiniz.

Səsli assistant "Siri”nin tətbiqlərə əlavə olunması, gələcəkdə istifadəçilərin həyatlarını asanlaşdıracaq. Bu işdə "Apple” ilk addımı atsa da, əlavənin daha çox yayılması, digər tətbiqlərin də "Siri”dən istifadə etməsindən asılıdır.


Вернуться назад