Главная > Siyasət > Saakaşvilinin arvadı deputatlığa namizəd oldu

Saakaşvilinin arvadı deputatlığa namizəd oldu


19-08-2016, 14:30.
Saakaşvilinin arvadı deputatlığa namizəd oldu
 
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Gürcüstan parlamentinə öz namizədliyini verib.
 
Axar.az xəbər verir ki, bunu Zuqdudi şəhərində əhali qarşısında çıxışı zamanı Rulofsun özü bəyan edib. Onun sözlərinə görə, indiyə qədər hazırkı hökumətin yaxşı işləməsinə heç kim maneə yaratmayıb:
 
"Mən təxminən dörd ildir ki, Gürcüstanın 1-ci xanımı deyiləm. Bu zaman ərzində yeni hakimiyyətin yaxşı işləməsinə kim mane olub? Onlar indiyə qədər yeni heç nə etməyiblər. Mən öz siyasi fəaliyyətimi özünü bu ölkəyə qurban verən insanlara həsr etmək istəyirəm”.
 
Qeyd edək ki, Rulofs Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyini irəli sürüb. 


Вернуться назад