Главная > Dünya > Dünyanın ən böyük hava gəmisi ilk uçuşa başladı

Dünyanın ən böyük hava gəmisi ilk uçuşa başladı


18-08-2016, 17:34.
Dünyanın ən böyük hava gəmisi ilk uçuşa başladı
 
Dünyanın ən böyük hava gəmisi ilk uçuşunu edib.

Uzunluğu 92 metr olan hibrid Eyrlender 10 (Airlander 10) gəmisi 15 dəqiqə ərzində 600 metr yüksəkliyə qalxıb.

6 kilometr yüksəkliyə qalxa bilən hava gəmisi, 80 tona yaxın yük daşıya və saatda 150 kilometr məsafə qət edə bilir.

Hava gəmisi, Britaniyanın "Haybrid Eyr Vikls” şirkətinə 25 milyon funta başa gəlib və onu ilkin olaraq ABŞ ordusu sifariş edib.

Hava gəmisindən kəşfiyyat məqsədləri üçün istifadə ediləcəyi güman edilirdi və bunun üçün ona adi təyyarənin istifadə etdiyindən az yanacaq lazımdır.

Amma hərbçilər layihənin maliyyələşdirilməsini dayandırdığından, onu mülki aviasiyaya uyğunlaşdırmaq qərarına gəldilər.

Maliyyə isə qrant və şəxsi investorlardan gəlməyə başladı.

Hava gəmisi düzənlik, səhra, buzluq və suya enə bilir ki, bunu bir çox adi təyyarələr edə bilmir.

Bundan başqa o pilotlarla 5 gün, pilotsuz isə 2 həftə havada qala bilir.

Həmçinin Eyrlender 10 kəmisi əlçatmaz, ucqarrayonlara hümanitar yardımlar çatdırılmasında çox sərfəlidir.

Əgər sınaq uğurlu olsa, şirkət 2018-ci ilədək daha 12 belə gəmi buraxmaq fikrindədir.(azadliq.org)


Вернуться назад