Главная > Region > Rövşən Lənkəranskinin cənazəsi bu axşam İstanbuldan xüsusi reyslə Lənkərana gətiriləcək

Rövşən Lənkəranskinin cənazəsi bu axşam İstanbuldan xüsusi reyslə Lənkərana gətiriləcək


18-08-2016, 17:48.
Rövşən Lənkəranskinin cənazəsi bu axşam İstanbuldan xüsusi reyslə Lənkərana gətiriləcək
 
Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi bu axşam Lənkərana gətiriləcək. 

"Report”un əldə etdiyi məlumata görə, İstanbul-Lənkəran xüsusi reysi ilə uçan təyyarə Bakı vaxti ilə saat 21:45-də Lənkəran şəhər hava limanına enəcək. 

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. 


Вернуться назад