Главная > Baş Xəbər > Avropa Olimpiya Komitələrinin prezidenti həbs edilib-FOTOLAR

Avropa Olimpiya Komitələrinin prezidenti həbs edilib-FOTOLAR


17-08-2016, 18:01.
trend_patrik_hickey_060215
Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib, Braziliya mediası xəbər verir.
BBC-nin məlumatına görə bu, "Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır. 71 yaşlı Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.
Polisin bildirdiyinə görə, onlar cənab Hickey-ni həbs etməyə gələndə o, qaçmağa cəhd edib. Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir. Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.Patrick Hickey 2015-ci ildə İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif olunub.

hickeypatrickpatrick hickeyavropa oyunları

 Patrick və İlham Əliyev


Вернуться назад