Главная > Mövqe > Arif Hacılı Müsavat fəallarına konspirasiya təlimatı verdi

Arif Hacılı Müsavat fəallarına konspirasiya təlimatı verdi


17-08-2016, 13:47.

Məmurlar imza vərəqələrinin "ovuna” çıxıb

Referendumla əlaqədar rəsmi təşəbbüs qrupu yaradaraq imza kampaniyasına başlayan müsavatçılar bir sıra rayonlarda yerli məmurların təzyiqi ilə üzləşiblər.

Bu haqda "Basta”ya məlumat verən "Respublika” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi və Müsavatın Seçki Qərargahının sədri Gülağa Aslanlı məmurların imza kampaniyasına qanunsuz müdaxiləsi, imza toplayan müsavatçılara təqiblər və hətta imza vərəqələrinin öyrədilmiş adamlar vasitəsilə oğurlanması kimi halların Cəlilabad, Abşeron, Salyan, Göyçay, Qazax, Lerik, Masallı və bir sıra digər rayonlarda baş verdiyini deyib.

Dünən Gəncə şəhərində də analoji hadisə baş verib. Müsavatın Məclis üzvü Cahangir Əmirxanlının verdiyi məlumata görə, yol polisinin əməkdaşları onun maşınını qanunsuz saxlayaraq axtarış aparıblar. Əmirxanlı bildirib ki, DYP əməkdaşları onun maşınındakı sənədi oxuyub, həmin sənədin nəyə aid olduğunu soruşublar.

"İllərdir, seçki kompaniyası istisna olmaqla, başqa vaxtlar DYP məni saxlamır və mən də yol hərəkəti qaydalarına tam əməl etməyə çalişiram! Belə müəmmali hallarla nədənsə hər dəfə seçki prosesində rastlaşiram!”, – Cahangir Əmirxanlı bildirib.

Bu gün Müsavat başqanı Arif Hacılı hakimiyyətin imza vərəqələrini ələ keçirmək istədiyi barədə xəbərdarlıq edib və partiya fəallarına yeni təlimat verib.

"Respublika” təşviqat qrupu fəallarının nəzərinə:

İmza toplanmasının gedişi, bu səhədəki, fəaliyyət barədə konkret məlumatları feysbukda yazmağı durdurun. Vərəqələrin qorunmasını təmin edin. FB dən və başqa mənbələrdən məlumatları alıb vərəqələri ələ keçirmək istəyirlər. Sayıqlığı və konspirasiyanı artırın”, – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Bastainfo.com


Вернуться назад