Главная > Mənəviyyat > Aprel şəhidinə hələ də başdaşı qoyulmayıb - VİDEO

Aprel şəhidinə hələ də başdaşı qoyulmayıb - VİDEO


15-08-2016, 22:09.
Narazılıq: Aprel şəhidinə hələ də başdaşı qoyulmayıb - Fotolar
 
Aprel döyüşlərində həlak olan bəzi şəhidlərə başdaşı qoyulmaması hələ də müzakirə mövzusudur 

Hadisədən 4 ay keçsə də, şəhid olanların əksəriyyətinə başdaşı qoyulmaması cəmiyyətin etirazına səbəb olub. Aprel ayının 2-də Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan 1994-cü il təvəllüdlü əsgər Samir İzayəddin oğlu Qaçayevin qəbrinin üstü də hələ götürülməyib. Dəfnindən 4 ay keçməsinə baxmayaraq şəhidə başdaşı qoyulmayıb.

Bu barədə cebhe.info-ya Şamaxı sakinləri məlumat verib. Şamaxı rayonunun Məlhəm kənd qəbiristanlığında dəfn olunan Samir Qaçayevin məzarının götürülməməsi yerli sakinlərin ciddi etirazı ilə qarşılanıb. Narazı şamaxılılar 4 ay ərzində Şamaxı rayon İcra Hakimiyyətinin şəhidə göstərdiyi etinaslıq və hörmətsizliyindən gileyləniblər.

Qeyd edək ki, Samir Qaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. Bu ilin iyulunda isə o, hərbi xidmətini başa vurmalı idi. Samir Qaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olub.(cebhe.info)



Вернуться назад