Главная > Siyasət > “Gürcüstan ABŞ-ın bir ştatı, Rusiyanın quberniyası...”

“Gürcüstan ABŞ-ın bir ştatı, Rusiyanın quberniyası...”


16-08-2016, 10:49.
 
Mən Gürcüstanın bloklardan kənar status alması üçün ictimai diskussiyanın başlamasını təklif edirəm.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-spikeri rusiyayönlü siyasətçi Nino Burcanadze söyləyib.
 
Onun sözlərinə görə, Gürcüstandakı qərbyönlü qüvvələr ölkənin xilasının ancaq ABŞ və NATO-da olmasına aid arqumentlər gətirməlidirlər:
 
"Gürcüstan gərək hər kəslə əməkdaşlıq etsin. Onun xilası Amerikanın bir ştatı və ya Rusiyanın quberniyası olmaqla mümkün deyil. Gürcüstanın xilası bloklardan kənar statusunun təmin edilməsidir”. 


Вернуться назад