Главная > Kriminal > İstanbulda 44 şirkətdə əməliyyat keçirilib, 120 nəfər tutulub

İstanbulda 44 şirkətdə əməliyyat keçirilib, 120 nəfər tutulub


16-08-2016, 12:06.
İstanbulda 44 şirkətdə əməliyyat keçirilib, 120 nəfər tutulub
 
Türkiyədə dövlət çevrilişinə cəhd edən Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində İstanbulda 44 şirkətdə eyni vaxtda əməliyyat keçirilib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul Təhlükəsizlik İdarəsi Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları gerçəkləşdirib.
Axtarış aparılan şirkətlər FETÖ-yə maliyyə yardımı etməkdə şübhəli bilinirlər.
Məlumata görə, Çevik Polis Alayı qüvvələrinin dəstəklədiyi bu əməliyyat İstanbulun Üsküdar və Ümraniyre rayonlarında keçirilib. Həmin şirkətləri idarə edən 120 nəfər tutulub.  


Вернуться назад