Главная > Region > Müsavat Partiyası Qazax rayon təşkilatı BƏYANAT yaydı

Müsavat Partiyası Qazax rayon təşkilatı BƏYANAT yaydı


16-08-2016, 12:13.

Müsavat bəyanat yaydı:

"Bildiririk ki, 26 sentyabr 2016 – cı ildə keçiriləcək Referendumda iştirak etmək üçün "Respublika” təşviqat qrupunun yaradılması ilə əlaqədar payonda və kəndlərdə imza toplanması kampaniyasına qarşı rayon və kənd İcra Hakimiyyəti rəhbərləri tərəfindən dəhşətli təzyiqlər başlayıb və indi də davam edir”.

Bu sözlər Müsavat Partiyası Qazax rayon təşkilatının bəyanatında qeyd olunub.

Sənəddə bildirilir ki, xüsusi ilə də Daş Salahlı kəndində İcra nümayəndəsi Tahir Hüseynov, onun müavini Məhəmməd İsmayılov, bələdiyyə sədri Mahir Quliyev və rayon rəhbərliyinin İcra aparatı rəhbəri Məhəmməd Alıyevdən göstəriş alaraq, imza toplanmasına kobud şəkildə müdaxilə edirlər.

Bildirilir ki, məmurlar seçicilərə "siz prezidentin əleyhinə imza veribsiniz” deyərək insanlara hədə-qorxu gəlirlər.

Bəyanatda məmurların seçkiyə bu cür müdaxiləsi qanunazidd və insanları vahimə altında yaşamağa məhkum etmək cəhdi kimi qiymətləndirilir, buna son qoyulması tələb edilir.

14. 08. 2016

 

 




Вернуться назад