Главная > Ümumi / Problem / Kriminal / Cəmiyyət / GÜNDƏM > Həbsxanada əməliyyat olunan Müsavatçı gənclə görüşə icazə verilmir

Həbsxanada əməliyyat olunan Müsavatçı gənclə görüşə icazə verilmir


18-10-2015, 18:14.

Həbsxanada əməliyyat olunan müsavatçı gənclə görüşə icazə verilmirOnun vəkili Penitensiar Xidmətə müraciət ünvanlayıb

 


Raqif Kərimli: "Məcburuq ki...”

Nemət Kərimli: "Görüş cəhdlərim alınmadı”

Həbsdəki müsavatçı gənc Sirac Kərimlinin əməliyyat olunması barədə xəbər vermişdik. Vicdan məhbusunun səhhəti günü-gündən yaxşılaşır. Ancaq S.Kərimliyə yaxınları ilə görüşə icazə verilmir.

Bu barədə müsavat.com-a onun atası Raqif Kərimli məlumat verdi: "Oktyabrın 17-də zəng etmişdi. Səhhəti yaxşılaşmağa doğru gedir. Təmiz hava alması üçün gəzdiriblər. Anası və həyat yoldaşı yanına getmişdilər. Lakin görüşə icazə verməyiblər. Deyiblər ki, görüş vaxtı ayın 25-dədir. Amma lazım olan şeyləri götürüblər. Məcburuq ki, görüş vaxtında gedək”.

Müsavatçı gəncin vəkili Nemət Kərimli də görüş cəhdlərinin səmərə vermədiyini qeyd etdi: "Oktyabrın 17-də Siracın anası və həyat yoldaşı yanına gedib. Görüşə icazə verməyiblər. 25-də görüş günləridir. Yalnız o zaman görüş imkanları olacaq. Mənim də görüş cəhdlərim alınmadı. Bununla bağlı Penitensiar Xidmətə müraciət ünvanlamışıq. Nəticəsini gözləyirik”.

Xatırladaq ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. Müsavatçı gəncin həbsindən bir həftə sonra qardaşı Fərəc Kərimli də həbs olunub. 

Hər iki qardaş Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham olunublar. F.Kərimli 6 il yarım, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Cavanşir ABBASLI
 
 
                                     MUSAVAT.COM
 



                 MUSAVAT.COM
Вернуться назад