Главная > Siyasət > Binalı Yıldırım: "ABŞ bizim tələblərimizi qulaq ardına vura bilməz"

Binalı Yıldırım: "ABŞ bizim tələblərimizi qulaq ardına vura bilməz"


14-08-2016, 08:05.
 
Ankara ABŞ-da yaşayan ruhani Fətullah Gülənin ekstradisiya məsələsində güzəştə getməyəcək, Türkiyənin baş naziri bəyan edib.

Jurnalistlərlə görüşən Binalı Yıldırım avqustun 24 -də Türkiyəyə ABŞ vitse-prezidenti Co Baydenin səfər edəcəyini bildirib.

Türkiyənin baş nazirinə əsasən Gülənin ekstradisiyası tələbinə dair ABŞ-ın münasibəti daha müsbətdir.

"ABŞ bizim tələblərimizi qulaq ardına vura bilməz. Aydındır ki, baş tutmayan çevriliş cəhdi arxasında FETÖ durub”, - baş nazirin sözləri Hürriyet qəzetində iqtibas edilir.

Yıldırımın sözlərinə görə ruhaninin ekstradisiyası Türkiyə ilə ABŞ arasında münasibətləri yaxşılaşdıra bilər.

Avqust ayının əvvəlində Türkiyə hakimiyyəti Gülənin həbsinə order verib. Ruhani 15 iyul çevriliş cəhdində əli olduğu barədə iddiaları rədd edir. F.Gülən həbs qərarı ilə bağlı şərhində Türkiyənin məhkəmə sistemini tənqid edib.

İyulun 15-də baş verən çevriliş cəhdi nəticəsində 270-dən artıq adam həlak olub. Hadisə ilə bağlı təxminən 18000 insanın saxlandığı və ya həbs edildiyi bildirilir (BBC).


Вернуться назад