Главная > Aktual > Şimali Koreya ABŞ-ı nüvə zərbəsi endirəcəyi ilə hədələyib

Şimali Koreya ABŞ-ı nüvə zərbəsi endirəcəyi ilə hədələyib


14-08-2016, 07:17.
Şimali Koreya ABŞ-ı nüvə zərbəsi endirəcəyi ilə hədələyib
Şimali Koreya ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edərək, nüvə zərbəsi endirəcəyi ilə hədələyib. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu KXDR-in yüksək vəzifəli məmurlardan biri "Renhap” agentliyinı bildirib.
 
"ABŞ-ın KXDR-ə hücum etmək cəhdləri getdikcə daha şiddətli olur”, deyə məmur bildirib.   
 
Onun sözlərinə görə, qabaqlayıcı nüvə zərbəsi endirmək  hüququ tək ABŞ-a məxsus deyil.    
 
Şimali Koreyanın bu cür bəyanatla çıxış etməsinə səbəb ABŞ-ın Sakit okean rayonuna "B-1B Lancer” tipli  strateji bombardmançı təyyarələrinin göndərməsi olub.  Buna cavab olaraq KXDR ABŞ-ı  ölkəyə  nüvə zərbəsi hazırlamaqda ittiham edib. 

Вернуться назад