Главная > Region > Aslan Abaşidzeyə 15 il cəza kəsildi

Aslan Abaşidzeyə 15 il cəza kəsildi


12-08-2016, 11:37.
Aslan Abaşidzeyə 15 il cəza kəsildi
 
Batumi Şəhər Məhkəməsi Acarıstan Muxtar Respublikasının keçmiş rəhbəri Aslan Abaşidzeni qiyabi olaraq 15 il azadlıqdan məhrum edib.
 
Axar.az xəbər verir ki, məhkəmə Aslan Abaşidze ilə bərabər muxtar respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin eks-sədri Soso Qoqitidze haqqında da 12 il həbs cəzası verib.
 
Qeyd edək ki, Aslan Abaşidze 2004-cü il Acarıstan böhranının əsas fiqurlarından hesab edilir. Qızılgül inqilabının qalib gəlməsindən sonra Abaşidzenin yeni prezident Mixail Saakaşvili ilə münasibətləri pisləşdi. Hadisələr kuliminasiya nöqtəsinə çatanda işə Rusiya müdaxilə etdi. Rusiya Təhlükəsizlik Şurasının rəhbəri İqor İvanov Abaşidze ilə görüşdən dərhal sonra onu özü ilə bərabər Rusiyaya apardı. Bununla da Acarıstan böhranına son qoyuldu. 

Вернуться назад