Главная > Mövqe > Salam Sarvan YAP-a üzv olmaq istəyir

Salam Sarvan YAP-a üzv olmaq istəyir


12-08-2016, 12:18.

salam sarvan

Şair Salam Sarvan sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini və YAP-a üzv olacağını deyib: "Nəhayət, siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Salam Sarvanın bu istəyinə belə münasibət bildirib ki, üzvlük üçün rayon təşkilatına müraciət edilməlidir və məsələyə orada baxılmalıdır.


Вернуться назад