Главная > Mövqe > Gülağa Aslanlı: “Başqa partiyalardan da dəstək var”

Gülağa Aslanlı: “Başqa partiyalardan da dəstək var”


10-08-2016, 19:09.

Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan "Respublika” təşəbbüs qrupu artıq 4-cü gündür ki, imza toplamağa başlayıb. Təşəbbüs Qrupları Seçki Məcəlləsinə görə 40 mindən artıq imza toplayaraq, MSK-ya təhvil verməlidirlər.

Bu gün "Basta” əməkdaşı keçmiş vicdan məhbusu Sahib  Kərimlinin Müsavat qərargahında "Respublika” təşəbbüs qrupu üçün imza verdiyinin şahidi olub.

Sahib Kerimli 2

 

İmza toplanması kampaniyası necə gedir? Başqa partiya və təşkilatlardan da imza toplanması işinə dəstək varmı?

"Basta”nın bu sualını cavablandıran Seçki Qərargahının sədri bildirib Müsavatın 70-dən artıq rayon təşkilatı imza toplanması kampaniyasına cəlb edilib: "Bundan başqa D18 Gənclər Hərəkatı və Nida Vətəndaş Hərəkatı imza toplanması işinə cəlb ediliblər. İmza verilməsinə gəlincə isə, təşkilat sədrlərindən aldığımız məlumata görə bütün müxalifətçilər, o cümlədən AXCP, KXCP, Boz Qurd, VHP və digər təşkilatların üzvləri "Respublika” təşəbbüs qrupununun müdafiəsinə həvəslə imza verirlər. Hakimiyyətdən narazı insanlar çoxdur. İmzaların toplanması prosesi əsasən seçicilərin evlərində həyata keçirilir, üzvlərimiz qapı-qapı gəzirlər. Amma hər gün onlarla bitərəf vətəndaş, jurnalistlər, ziyalılar da Müsavatın qərargahına gələrək, bizə öz dəstəklərini ifadə edir, "Respublika” təşəbbüs qrupu üçün imza verirlər”.


Вернуться назад