Главная > Mövqe > Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb

Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb


10-08-2016, 18:05.
Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb
 
Türkiyənin Yunanıstandakı hərbi attaşeləri - polkovnik İlhan Yaşıtlı və polkovnik Halis Tunc ailələri ilə birlikdə qaçıblar.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, polkovniklər və ailələrinin harda olduqları barədə Yunanıstan hökumətində hər hansı bir məlumat yoxdur. 

Xəbərə əsasən, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.

Qeyd edək ki, İ.Yaşıtlı Türkiyə Silahlı Qüvvələri, H.Tunc isə Hərbi Dəniz Qüvvələrinin attaşesidir. 

Вернуться назад