Главная > Siyasət > 50 respublikaçı Trampa qarşı çıxdı

50 respublikaçı Trampa qarşı çıxdı


9-08-2016, 16:54.

tramp

Respublikaçılardan 50 milli təhlükəsizlik məmuru bildirir ki, partiyadan prezidentliyə namizəd Donald Trampda "prezidentliyə gərəkən xarakter, dəyərlər və təcrübə yoxdur”. Onlar avqustun 8-də "The New York Times” qəzetində dərc olunmuş bəyanatda yazırlar ki, Trampın "təhlükəli prezident olacağına, ölkənin milli təhlükəsizliyini və rifahını riskə atacağına inanırlar”.

Bu qrupa keçmiş daxili təhlükəsizlik rəhbərləri, kəşfiyyat direktorları, prezident müşavirləri daxildir.

Onlar demokratların namizədi Hillari Klinton-a səs verəcəklərini də demirlər, onunla bağlı "şübhələri” olduğunu vurğulayırlar. Amma aydın şəkildə bildirirlər ki, "heç birimiz Donald Trampa səs verməyəcəyik”.

"O, həqiqəti yalandan ayıra bilmir, yaxud ayırmaq istəmir”, yazan qrup qeyd edir ki, Trampı prezidentliyə uyğunsuz edən bir sıra "təhlükəli keyfiyyətləri var”.




Вернуться назад