Главная > Kriminal > Türkiyədə böyük şirkət rəhbəri saxlanıldı

Türkiyədə böyük şirkət rəhbəri saxlanıldı


8-08-2016, 11:56.
Türkiyədə böyük şirkət rəhbəri saxlanıldı
 
Türkiyənin yağ istehsalı üzrə böyük şirkətlərindən biri olan "Orkide Yağları"ın rəhbəri Əhməd Küçükbay saxlanılıb. 

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verir.

Ə.Küçükbay Türkiyədə hərbi çevriliş cəhdində suçlu bilinən Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunur.

"Orkide Yağları" şirkəti 2003-cü ildə yaradılıb, dünyanın 102 ölkəsinə bitki yağları ixrac edir.

Вернуться назад