Главная > Region > “Respublika” qrupunun imza vərəqələrinin ölkənin bütün ərazisinə göndərilməsi işi başa çatıb

“Respublika” qrupunun imza vərəqələrinin ölkənin bütün ərazisinə göndərilməsi işi başa çatıb


7-08-2016, 20:32.

"Respublika” qrupunun imza vərəqələrinin ölkənin bütün ərazisinə göndərilməsi işi başa çatdı. Sonuncu zəng Qazaxın Daş Salahlı kəndindən Müsavat təşkilat departamentinin rəhbəri Söhrab Məhərrəmlidən gəldi”.

Bu sözləri Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

"Demişdim ki, hakimiyyət təşviqat qrupunun qurulması üçün ağır şərtlər müəyyən edib. Bu çox ağır yükdür. Amma Müsavatın qaldıra bilməyəcəyi yük deyil. Bu yükü də qaldıracağıq. Zamanı yetişəndə xalqımıza yük olan hakimiyyəti də”, – Arif Hacılı bildirib.

Dünən MSK-dan alınmış imza vərəqələri Müsavatın Bakıdakı təşkilat sədrlərinə təqdim olunub.

Respublikanın kənd rayonlarına da imza vərəqələri və müvafiq təlimatlar göndərilib. Müsavat rəhbərliyinə daxil olan şəxslər – başqanın müavini Elman Fəttah, Divan üzvü İkram İsrafil, Təşkilat şöbəsinin müdirləri Söhrab Məhərrəmli, Kərimxan Zeynalovvə digərləri rayonlara ezam olunublar.

Müsavat Partiyası İlham Əliyevin Konstitusiyaya təklif etdiyi əlavə və düzəlişlərin əleyhinə təbliğat aparmaq üçün qanunvericilikdə nəzərdə tutulan hüquqlardan maksimum yararlanmaq naminə "Respublika” təşəbbüs qrupunun yaradılmasına qərar verib.

Bastainfo.com


Вернуться назад