Главная > Region / Kriminal > Ağdamda oğurluq etdi, Bakıda kef məclisində tutuldu

Ağdamda oğurluq etdi, Bakıda kef məclisində tutuldu


28-11-2015, 18:58.

 

Ağdamda qonşusunun evindən oğurluq edən rayonun Ətyeməzli kənd sakini Azər Quliyev Bakıda saxlanılıb.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, oğurluq hadisəsi noyabrın 23-də rayonun Paşabəyli kəndində qeydə alınıb.

 

Ağdamın Xıdırlı kəndindən məcburi köçkün olan Ceyhun Əliyevin məskunlaşdığı evdən 25 312 manat pulun oğurlanması barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Azər  Quliyev Bakı şəhərində fəaliyyət göstərən kafelərin birində kef məclisində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Azər Quliyev saxlanılan zaman üzərindən 2201 manat nağd pul aşkarlanaraq götürülüb. Oğurladığı pullar hesabına hər gün 1000 manatdan çox pul xərcləyən Azər Quliyev indi peşman olduğunu deyir: "Heç kim yox idi. Səhər saat 10-da girmişəm, 11-in yarısında çıxmışam. 7400 manat pul olub. Götürüb çıxıb getmişəm Bakıya. Tutulanda 2200 qalmışdı. Qalanını Bakıda gəzməyə, əyləncəyə xərcləmişəm".(APA.TV)


Вернуться назад