Главная > Maraqlı > Feysbuk yeni laboratoriya açır

Feysbuk yeni laboratoriya açır


6-08-2016, 18:55.
Feysbuk yeni laboratoriya açır
 
Feysbuk sosial şəbəkəsi avadanlıq istehsalçısı olmağa başlayır. Sosial media nəhəngi bu məqsədlə 2 min kvadratmetr sahəyə malik böyük bir laboratoriya açıb.
 
Azərtac xəbər verir ki, tamamilə yeni avadanlıqların hazırlanmasına və inkişaf etdirilməsinə yönəldiləcək "Area 404” adlı laboratoriyada virtual reallıq gözlükləri üçün aksessuarlar, kameralı əşyalar və digər maraqlı ixtiralar olacaq.
 
Beləliklə, maraqlı layihələrlə daim diqqəti cəlb edən Feysbukun qısa zamanda mühüm təchizat istehsalçısı da olması gözlənilir.


Вернуться назад