Главная > Dünya > ABŞ mətbuatı : "Gülən qanuni olaraq ABŞ-da yaşamaq hüququna malikdir”

ABŞ mətbuatı : "Gülən qanuni olaraq ABŞ-da yaşamaq hüququna malikdir”


5-08-2016, 22:55.

 

Qərb mətbuatı 15 iyul çevrilişə cəhddən sonra Ərdoğan hökumətini tənqid etməkdə davam edir.

 

 ABŞ-ın "Nyu York Tayms” qəzetində çap olunan "Türkiyənin yeni anti-Amerika siyasəti” başlıqlı yazıda rəsmi Ankaranın ABŞ-ı günahlandırması sərt tənqid olunub.

 

Məqalədə "anti-Amerika dalğası”nın iki ölkə arasındakı münasibətlərə zərbə vuracağı, Türkiyənin NATO-dakı mövqeyinin zəifləyəcəyi bildirilib:

 

"Çevriliş səbəbindən Ərdoğan və digər türk liderlər Güləni günahlandırır. Bununla bərabər, hökumətyönlü mətbuat adi vətəndaşların belə Vaşinqtona barmaq yellədiyini yazır.

 

ABŞ-ın kritik NATO ölkəsini xaosa sürükləməsi məntiqsizdir. Türklər bunu yaddan çıxarmasın, cənab Gülən qanuni olaraq ABŞ-da yaşamaq hüququna malikdir”.(axar.az)

 

Uluyol.info


Вернуться назад