Главная > Ümumi / Mövqe > Azərbaycanda pensiya yaşı artırıla bilər

Azərbaycanda pensiya yaşı artırıla bilər


28-11-2015, 12:48.

elman mehdiyev 300x193

 

Pensiya yaşı 65-ə qaldırıla bilər

"İnsanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluq olmalıdır”.

Bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

 
"Məsələn, bu gün büdcə təşkilatlarında çalışma dövrü 65 yaşa qədərdir. Amma bizdə pensiya yaşı bundan kifayət qədər aşağıdır (kişilər 63, qadınlar 60 yaşında). Təbii ki, bu da müəyyən uyğunsuzluqları ifadə edir. Ötən müddətdə, biz bu istiqamətdə, demokrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir”-deyə vurğulayıb.
 
 
ULUYOL.İNFO

Вернуться назад