Главная > Kriminal > Bakıda qadın özünü 16-cı mərtəbədən atıb

Bakıda qadın özünü 16-cı mərtəbədən atıb


1-08-2016, 14:35.

Bakıda intihar hadisəsi baş verib.

Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi, ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Вернуться назад