Главная > Problem > Hələbdə dinc sakinlər bombalandı: 10 ölü, 30 yaralı

Hələbdə dinc sakinlər bombalandı: 10 ölü, 30 yaralı


1-08-2016, 00:18.
Hələbdə dinc sakinlər bombalandı: 10 ölü, 30 yaralı
 
Bəşər Əsəd qüvvələrinin Hələbdə yaşayış məntəqələrini bombalaması nəticəsində 10 nəfər həlak olub, 30-u yaralanıb.
 
Axar.az xəbər verir ki, Suriya ordusuna aid bir helikopterin Hələbin Ənsari səmtinə hücumunda xeyli sayda ev, iş yerləri və nəqliyyat vasitələri yararsız hala düşüb.
 
Ölü və yaralılar mülki vətəndaşlar tərəfindən ərazidən çıxarılıb. Hadisə yerinə gələn yanğınsöndürən maşınlar əraziyə yayılan şiddətli yanğını söndürüb.

Вернуться назад