Главная > Müsahibə > “Zaman” qəzeti çevrilişi 9 ay əvvəl bilib - Şok VİDEO

“Zaman” qəzeti çevrilişi 9 ay əvvəl bilib - Şok VİDEO


31-07-2016, 23:04.

 

İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhdlə bağlı maraqlı bir iddia ortaya atılıb.

 

Axar.az xəbər verir ki, Oda TV-də yer alan iddiaya görə, "Zaman” qəzeti hərbi çevriliş olacağını 9 ay əvvəl bilib.

 

2015-ci il oktyabrın 5-də "Zaman” qəzeti "Sükutun qışqırığı” adlı bir reklam çarxı yayımlayıb. Sözügedən videoda əvvəlcə serena səsləri eşidilir, daha sonra bir körpə doğulur.

 

"Zaman”nın yayımladığı bu videodan düz 9 ay 10 gün sonra Türkiyədə hərbi çevrilişə cəhd oldu. 9 ay 10 gün eyni zamanda hamiləlik müddətinə bərabərdir.

 

Məhz bu reklam çarxının hərbi çevrilişə işarə olması və görüntülərdə Türkiyənin guya yeni doğuluşa qədəm qoymasının şifrələndiyi iddia edilir.

 

 

uluyol.info


Вернуться назад